Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində quldurluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Yurd.Media xəbər verir ki, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə edib, daha sonra ona fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçiriblər.
Əməli törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.