SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gömrükçülər İrandan Rusiyaya aparıla kahı yükündə 22 kiloqramdan çox narkotik aşkarladı

Gömrükçülər İrandan Rusiyaya aparıla kahı yükündə 22 kiloqramdan çox narkotik aşkarladı

  • 02 iyun 2026, 15:22
Astara

Azərbaycan gömrükçüləri İrandan Rusiyaya aparılan yükdə kahı ilə örtülmüş 22 kiloqramdan çox narkotik aşkarladı.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Yurd.Media-ya bildirilib ki, Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bildirilib ki, “Cənub-Astara” gömrük postunda İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri “kahı“ ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları