İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı sərhəddə alınıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Yurd.Media-ya bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazisində 84 kiloqram 300 qram narkotikin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bildirilib ki, sentyabr ayının 10-da saat 01:35-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
