SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sabunçuda 2 gənc neft kəmərinə müdaxilə etmək istədi - VİDEO

Sabunçuda 2 gənc neft kəmərinə müdaxilə etmək istədi - VİDEO

  • 03 sentyabr 2026, 20:37
Bakı

Paytaxtda gənclər neft kəmərindən oğurluq etməyə cəhd göstərdi.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində sentyabrın 2-də gecə saatlarında yanğın baş verib, oğurluğa cəhd olub.

Bildirilib ki, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyən olunaraq saxlanılıblar.

Qeyd edək ki, yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Sabunçuda 2 gənc neft kəmərinə müdaxilə etmək istədi - VİDEO
Skat.az - Ev və Avtomobil elanları