SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Çətin relyefli meşədə narkotik yetişdirirmiş

Çətin relyefli meşədə narkotik yetişdirirmiş

  • 04 iyun 2026, 20:04
Astara

Çətin relyef şəraitinə malik meşə ərazisində xeyli miqdarda çətənə kolunun yetişdirildiyi üzə çıxıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənə Yurd.Media-ya bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları