SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Azərbaycan Beynəlxalq Bankı” 5 min manat borcu olan müştərini həbs etdirdi

“Azərbaycan Beynəlxalq Bankı” 5 min manat borcu olan müştərini həbs etdirdi

  • 20 noyabr 2025, 11:17
Göyçay

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti müştərisinə qarşı Göyçay Rayon Məhkəməsində mülki iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank müştərisi olan Göyçay rayon sakini Azər Bayramovun (ad və soyad şərtidir) 4967 manat kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. 

İş üzrə izahat verən borclu bildirib ki, banka olan borcunu ödəməkdən boyun qaçırmır, lakin aylıq qazancı 400 manat civarındadır və maddi imkanı olmadığından borcunu ödəyə bilməyib.

“Azərbaycan Beynəlxalq Bankı”nın nümayəndəsi isə qeyd edib ki, Göyçay rayon Notariat ofisi tərəfindən verilmiş icra qeydinə əsasən borclu olan şəxs ümumilikdə 4967 manat 32 qəpik borcundan aylıq çox az məbləğlərin ödənilməsi, yəni 15-20 manat ödəmək istəməsi bankı qane etmir. Nümayəndə Azər Bayramov barəsində qanuni tədbirlər görülməsini xahiş edib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə banka borclu olan şəxs məhkəmə qətnaməsini icra etməkdən yayındığı üçün 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Prime Leasing
SPE Annual Caspian