SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Adam öldürməyə görə əvvəllər məhkum olunmuş şəxsin evindən “Kalaşnikov” çıxdı

Adam öldürməyə görə əvvəllər məhkum olunmuş şəxsin evindən “Kalaşnikov” çıxdı

  • 06 aprel 2026, 13:22
Göygöl

Əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş şəxsin evindən “Kalaşnikov” avtomatı aşkar edildi. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları