"Kənd təsərrüfatı, fermerliklə məşğul olmağı şərəfli, cəlbedici peşəyə çevirmək lazımdır. Bu trend dünyada gedir".
Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, gəncləri bu sahəyə maraqlandırmaq üçün pikap avtomobillə, dronla təmin edib müasir standartlar gətirmək olar:
"Otursun sürünü dronla idarə etsin. Gənclərə bu texnologiyalar maraqlıdır. Avstraliya, Yeni Zelandiyada bunu tətbiq edir".
Ekspert ətin bahalaşması ilə bağıl həyacan təbili çalıb:
"Xırdabuynuzlu mal-qara azalaraq 2 milyon başa çatıb. Tələb artır, təklif isə yerində qalır, hətta azalır. Buna görə də ət bahalaşır".