SÜJET

Qeyri-sabit hava Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Qaxda xəstəlik barama təsərrüfatlarını məhv etdi

Qaxda xəstəlik barama təsərrüfatlarını məhv etdi

Qax

Qax rayonunun Qaysarlı kəndində xəstəlik barama təsərrüfatlarını məhv edib.

Yurd.Media xəbər verir ki, kənd sakinləri bu il götürülən ipəkqurdu toxumlarının keyfiyyətsiz olduğunu bildiriblər.

"Xəzər Xəbər"-ə danışan kümçülər may ayının əvvəlində ipəkqurdu toxumlarını götürdüyünü bildiriblər:

"Biz əvvəldən bilirdik ki, qurdlar ölürdü. Bizə deyirdilər ki, ola biləcək bir haldır. Nəticədə qurdların hamısı qırıldı. Biz mütəxəssislərlə əlaqə saxladıq".

Dəfələrlə mütəxəssis gəlsə də, problemin səbəbi hələ də aşkarlanmayıb.

Qax Rayonun Damazlıq və İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, qurdlardan nümunə götürülüb, laboratoriyada yoxlanılıb və flaşeriya xəstəliyi görünüb.

"Toxumlarla bağlı heç bir xəstəlik yoxdur. Flaşeriya xəstəliyi görünür, bu da yemləmədən qaynaqlanır. Havanın rütubətli olması və bir sıra səbəblər nəticəsində yaranır".

Həmçinin stansiya direktoru kümçülərə  kompensasiya verilməsinin nəzərdə tutulduğunu bildirib.

Prime Leasing