SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Ağdamda əhalinin iş yerləri ilə təminatı üçün YENİ LAYİHƏ

Ağdamda əhalinin iş yerləri ilə təminatı üçün YENİ LAYİHƏ

  • 02 iyun 2026, 20:24
Ağdam

Ağdam rayonunda quşçuluq kompleksinin yaradılması bu regionda kənd təsərrüfatı istehsalının inkişafına əlavə təkan verəcək, hazırda ölkənin bu regionunda mənzil və zəruri yaşayış şəraiti ilə təmin edilən Azərbaycan vətəndaşları üçün lazımi iş yerləri təmin edəcək.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarus-Azərbaycan biznes-forumunda bildirib.

O qeyd edib ki, Belarus tərəfindən Azərbaycanın Ağdam rayonunda aqrar-sənaye kompleksinin yaradılması Qarabağ regionunda kənd təsərrüfatı istehsalının inkişafına əlavə stimul olacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan layihə üzrə lazımi hazırlıq işləri görüb. O həmçinin, bu layihənin həyata keçirilməsinin növbəti mərhələlərinə keçidin təmin edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, 2024-cü ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərcik tikməyə hazır olduğunu bəyan edib. 2024-cü ilin oktyabrında Azərbaycan və Belarusun Kənd Təsərrüfatı nazirlikləri Ağdam rayonunun Qızıl Kəngərli kəndində kənd təsərrüfatı məhsulları istehsalının inkişafına dair birgə fəaliyyət barədə Yol Xəritəsi imzalayıblar. Kənddəki aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları