SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ölkəyə bu xəstəliyi olan heyvanların gətirilməsinin qarşısı alındı - FOTO

Ölkəyə bu xəstəliyi olan heyvanların gətirilməsinin qarşısı alındı - FOTO

  • 08 may 2026, 16:37

Ölkəyə xəstə heyvanların gətirilməsinin qarşısı alındı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Gürcüstandan Azərbaycana gətirilən dörd baş heyvanda zoonoz xəstəlik aşkarlanıb.

Belə ki, mayın 5-də "Aqrovest MT" MMC tərəfindən Gürcüstanın "Universal Export" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan kliniki və laborator müayinədən keçirilib.

Nəzarət tədbirləri zamanı dörd baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Bu halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları