SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Fermerlərin kartlarına 77 milyon manatdan çox pul köçürüldü

Fermerlərin kartlarına 77 milyon manatdan çox pul köçürüldü

  • 17 fevral 2026, 16:29

Azərbaycanda payızlıq əkinlər üçün fermerlərin kartlarına 77 milyon manatdan çox subsidiya köçürülüb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Yurd.Media-ya bildirilib ki, 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişinin ilkin mərhələsinə start verib.

Məlumata görə, payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartlarına 77 milyon 154 min manat subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Fermerlər kartlarına köçürülmüş vəsaitin 25 %-ni nağd, 75 %-ni isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına sərf oluna bilər. Fermerlər subsidiya vəsaitini meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılması məqsədilə də istifadə edə bilərlər.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları