SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bu il Monqolustandan Azərbaycana 100 tondan çox quzu əti gətirilib

Bu il Monqolustandan Azərbaycana 100 tondan çox quzu əti gətirilib

  • 22 dekabr 2025, 16:04

Bu ilin 9 ayı ərzində Azərbaycana Monqolustandan 100 tondan çox quzu əti gətirilib.

Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, yanvar-oktyabr aylarında Azərbaycan 465,6 milyon ABŞ dolları dəyərində 114,7 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,1 dəfə, kəmiyyət olaraq – 5,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 458,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 114,5 ton (+5,7 dəfə), Yeni Zelandiyadan 3,9 min ABŞ dolları dəyərində (-61 %) 0,1 ton (-67 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %) və Avstraliyadan 1,6 min ABŞ dolları dəyərində (+26 dəfə) 0,03 ton (+3 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları