SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bölgələrdə güclü dolunun fəsadları - VİDEO

Bölgələrdə güclü dolunun fəsadları - VİDEO

  • 21 iyun 2026, 22:18

Bölgələrdə qeyr-sabit hava şəraiti davam edir. Ağstafaya yağan güclü dolu bir neçə kənddə ciddi fəsadlara yol açıb.

Yurd.Media xəbər verir ki, rayonun Yeni Gün, Qaçaq Kərəm və Aşağı Göycəli kəndlərində evlərin dam örtüyünə çardaqlara avtomobillərə ciddi ziyan vurub.

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, təxminən 20-25 dəqiqə aralığında yağmağa davam edən doludan sonra 30 dəqiqə müddətinə yağış da yağıb. Bu da öz növbəsində fəsadların artmasına səbəb olub.

İri təsərrüfat sahələri də doludan fəsadsız ötüşməyib.Ən çox üzüm sahələrində məhsuldarlığa ciddi zərər dəyib.

Qazax rayonunun da bir neçə kəndində analoji fəsadlar qeydə alınıb. rayon Fövqəladə Hallar Komissiya tərəfindən kəndlərə dəyən ziyanın həcmi müəyyənləşdirilir.

Bölgələrdə güclü dolunun fəsadları - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları