2025-ci ilin 11 ayı ərzində Azərbaycanda bitkiçilik üzrə məhsul istehsalı 2 faizə qədər artıb.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu ilin yanvar-noyabr aylarında ölkənin kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı faktiki qiymətlərlə 13 milyard 402,1 milyon manat təşkil edib.
Bu göstəricinin 6 milyard 768,7 milyon manatı heyvandarlıq, 6 milyard 633,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz artıb.