SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bazar bağlıdır, heyvanı sosial şəbəkə və dəllal vasitəsi ilə satırlar - VİDEO

Bazar bağlıdır, heyvanı sosial şəbəkə və dəllal vasitəsi ilə satırlar - VİDEO

  • 21 dekabr 2025, 15:11
Tovuz

Tovuzda heyvan bazarı bağlanan gündən yerli təsərrüfat sahibləri, heyvandarlıqla məşğul olan fərdi sahibkarlar, eləcə də kənd sakinləri bəslədikləri heyvanların satışında və ya alışında çətinlik çəkirlər.

Yurd.Media xəbər verir ki, təsərrüfatçılar sosial şəbəkə, dəllal vasitəsi ilə satış həyata keçirməli olur. Bu da onların qazanc əldə etməsini sual altında qoyur.

Sakinlər bildirirlər ki, ətraf rayonlardakı bazarlara getmək də onlara xeyli baha başa gəlir.  

Tovuz heyvan bazarının rəhbərliyindən "Xəzər Xəbər"ə bildirilib ki, onlar da yaxın vaxtlarda Qida Təhlükəsizliyi Agentliyinin müvafiq tələbləri çərçivəsində tikinti işlərinə başlamağı planlaşdırırlar.

Bazar bağlıdır, heyvanı sosial şəbəkə və dəllal vasitəsi ilə satırlar - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları