SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycan ixrac etdiyi atların 95 faizini Orta Asiyaya satıb

Azərbaycan ixrac etdiyi atların 95 faizini Orta Asiyaya satıb

  • 19 oktyabr 2025, 23:17

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 1 439 ədəd ətlik və digər diri at ixrac olunub.

Yurd.Media Valyuta.az-a istinadən xəbər verir ki, bu ixracdan ümumilikdə 297 min 370 ABŞ dolları (təxminən 505 min manat) məbləğində gəlir əldə olunub. Hesabat dövründə bir baş atın orta ixrac qiyməti 207 dollar və ya 351 manat təşkil edib.

İxrac olunan atların 465-i Qazaxıstana, 454-ü Qırğızıstana, 441-i Özbəkistana və 79-u Türkiyəyə satılıb.

Ölkələr üzrə əldə olunan ixrac gəlirləri isə aşağıdakı kimi qeydə alınıb:

Qazaxıstan - 93 000 ABŞ dolları

Qırğızıstan - 90 800 ABŞ dolları

Özbəkistan - 93 000 ABŞ dolları

Türkiyə - 20 570 ABŞ dolları

Satılan atların bir başının orta gömrük dəyəri isə bu ölkələr üzrə fərqli olub:

Qazaxıstan - 200 ABŞ dolları (340 manat)

Qırğızıstan - 200 ABŞ dolları (340 manat)

Özbəkistan - 211 ABŞ dolları (359 manat)

Türkiyə - 260 ABŞ dolları (443 manat)

Prime Leasing