Naxçıvanın Babək rayonunda suvarma şəbəkəsinin qurulması hər hektara 6250 manata başa gəlir.
Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində ümumilikdə 240 ha torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə başlanılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərini həyata keçirəcək şirkət müəyyənləşdirib.
Belə ki, qapalı suvarma və drenaj şəbəkəsinin tikintisini “Geo-Eco İnnovation Center” 1,5 milyon manata icra edəcək.