SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Fermerlər üçün 8 milyon manatlıq layihə başlanılır

Fermerlər üçün 8 milyon manatlıq layihə başlanılır

  • 21 oktyabr 2025, 17:12

Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal və analitik vizyonunun çatdırılmasında PMO (Layihə idarəetmə ofisi) dəstəyi xidmətləri göstəriləcək.

Yurd.Media xəbər verir ki, yeniliklə bağlı dəstək xidməti aqrar sektorun inkişaf etdirilməsi üçün nazirliyin rəqəmsal və analitik baxışının fermerlərə çatdırılmasını nəzərdə tutur.

Layihəni "Mckınsey And Company, INC" şirkətinin Azərbaycandakı filialı həyata keçirəcək və bunun üçün nazirlikdən 8 milyon manat alacaq.

BOT modeli çərçivəsində podratçı layihəni icra edir, müəyyən müddət idarə edir (əməliyyat mərhələsi), sonra isə dövlət qurumuna təhvil verir.

Prime Leasing