SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Kənd təsərrüfatına verilən subsidiyalar effektiv olmayıb - VİDEO

"Kənd təsərrüfatına verilən subsidiyalar effektiv olmayıb" - VİDEO

  • 14 yanvar 2026, 09:22

Azərbaycanda 2007-ci ildən kənd təsərrüfatı sahəsində verilmiş subsidiyalar effektiv olmayıb.

Bunu iqtisadçı ekspert Məmməd Talıblı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

Onun sözlərinə görə, fermerlərə verilmiş subsidiyalar hesabına kənd təsərrüfatının ümumi daxili məhsulda (ÜDM) həcminin artmasını gözləmək düzgün deyil:

"Azərbaycanda 2007-ci ildən təxminən 3 milyard manata yaxın aqrar subsidiyalar verilib. Onda da kənd təsərrüfatının ÜDM-də payı 6-7 faiz idi, indi də o nisbətdədir. Yəni, bu dəyər yaratmayıbsa, deməli subsidiyalar effektiv olmayıb. Demək ki subsidiyaların başqa mexanizminə baxmaq lazımdır".

Ekspert vurğulayıb ki, kənd təsərrüfatı siyasətində güzəştlər o zaman effektiv ola bilər ki, vergi, gömrük, fiskal siyasətlə uzlaşdırılsın. Bunlar qarşılıqlı simbioz formada tətbiq olunanda nəticə verə bilər. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları