“Xalq Sığorta” ASC növbəti dəfə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin minik avtomobillərinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata görə, tərəflər arasında 5 166 manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il “Xalq Sığorta” ilə bağlanmış müqavilənin dəyəri isə 4 760 manat təşkil edib. "Aqrar Tədarük və Təchizat"ın KASKO sığortası xərcləri 8,5% artıb.