SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Yerli ərzaqlıq buğdanın bir tonu bu qiymətədir

Yerli ərzaqlıq buğdanın bir tonu bu qiymətədir

  • 24 iyun 2025, 15:49

Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti müəyyənləşdirilib.

Yurd.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə bu Sərəncamın əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400 manat müəyyən edilib.

Məlumat üçün bildirək ki, qərar iyunun 23-dən qüvvəyə minib.

Prime Leasing