SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İqtisadi rayonlarda nazirliyin bölmələri formalaşdırıldı

İqtisadi rayonlarda nazirliyin bölmələri formalaşdırıldı

  • 25 noyabr 2025, 23:21

İqtisadiyyat Nazirliyinin strulturunda dəyişiklik baş verib, iqtisadi rayonlarda bölmələr formalaşdırılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, nazirliyin regional bölmələrinin siyahısı genişləndirilərək 12-yə çatdırılıb. Belə ki, hazırda Nazirliyin Regional Bölmələri Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Dağlıq Şirvan olaraq formalaşıb.

Qeyd edək ki, indiyədək regional bölmələrin sayı 8 olub. Bunlar Abşeron, Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ Regional Bölmələri idi.

Prime Leasing
SPE Annual Caspian