TƏBİB 10 manatlıq şirkətdən 3 milyon manatlıq əlcək alır.
Yurd.Media "Pravda.az"a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisələrində istifadə üçün 490 000 qutu əlcək alır.
Qurum buna görə 2 724 397 AZN xərcləyəcək. Bir qutu əlcək 5.5 AZN-ə hesablanıb.
Mallar nizamnamə kapitalı 10 manat olan “Xanni-2017” MMC-dən alınacaq.