Azərbaycan neftinin dünya bazarında qiyməti öz maksimum göstəricini yeniləməsi üçün cəmi 9 dollar bahalaşması kifayət edəcək.
Yurd.Media xəbər verir ki, Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 11,07 ABŞ dolları və ya 8,92 % artaraq 135,15 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.