SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Son 8 ayda pensiya ödənişlərinə ayrılan vəsait açıqlanıb

Son 8 ayda pensiya ödənişlərinə ayrılan vəsait açıqlanıb

Yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən illə müqayisədə 10 faiz (416 mln. manat) çox olmaqla 4 mlrd. 734 mln. manat vəsait yönəldilib.

Bu barədə Yurd.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-avqust aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 168 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Prime Leasing