SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

  • 02 iyul 2026, 13:45

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Polymer” MMC 110,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Hesabat dövründə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 54% azalaraq 84,6 milyon dollar, Qaz İxrac İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 78% azalaraq 7,6 milyon dollar olub.

5 ay ərzində SOCAR-a məxsus “SOCAR Cape” MMC isə 430 min dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib. 1 il bundan əvvəl bu şirkətin ixracı olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları