Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Polymer” MMC 128,3 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,55% azdır.
Hesabat dövründə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 43,3% azalaraq 120 milyon dollar, Qaz İxrac İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 77,7% azalaraq 7,7 milyon dollar olub.
6 ay ərzində SOCAR-a məxsus “SOCAR Cape” MMC isə 485 min dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib. 1 il bundan əvvəl bu şirkətin ixracı olmayıb.