Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dolları ixrac gəlirləri əldə edib.
Bu barədə Yurd.Media-ya idarədəki mənbə bildirib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1% azdır.
Bundan başqa, 2 ay ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 1 il əvvələ nisbətən 83,3% az – 2,6 milyon dollar təşkil edib.