Bu ilin əvvəlinə Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisələrə investisiyaları 1 555 milyon manat təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin əvvəli ilə müqayisədə 2,8 dəfə çoxdur.
Son 1 ildə birgə müəssisələrə investisiyaların SOCAR-ın aktivlərindəki payı 0,6%-dən 1,6%-ə yüksəlib.