SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Neftçala Sənaye Məhəlləsinin rezidentləri indiyə qədər 230 milyon manatlıq məhsul satıb

Neftçala Sənaye Məhəlləsinin rezidentləri indiyə qədər 230 milyon manatlıq məhsul satıb

  • 03 oktyabr 2025, 13:02
Neftçala

İndiyə qədər Neftçala Sənaye Məhəlləsinin rezidentləri 230 milyon manatlıq məhsul satıb, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşüb.

Yurd.Media “Report”a istinadən xəbər verir ki, bu ilin I yarısında Məhəllədə 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, "Made in Azerbaijan" brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğızıstana və s ölkələrə ixrac edilib. Əsasən balıq yemi və elektrod kimi məhsullar ixrac edilib.

Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb, 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir, ərazisi 10 hektardır.

Skat.az - Ev və Avtomobil elanları