Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 835 manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Xatırladaq ki, 3 ayda Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 152 manat təşkil edib.
Başqa sözlə, naxçıvanlılar orta hesabla 27,5% az qazanır.