Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə 6-cı müşaviri təyin edib.
AMB-dən Yurd.Media-ya bildirilib ki, bu, Namiq Nağdəliyevdir.
O, 2022-ci ilin avqust-sentyabr aylarında da eyni vəzifəni tutub, bundan sonra 3 il Dünya Bankının icraçı direktorunun müşaviri işləyib.
Qeyd edək ki, N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib.