2026-cı ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 285 milyon manat vəsait nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, vahid aylıq müavinətin verilməsi üçün büdcədən 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait ayrılacaq.