SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 15 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 15 milyon manata yaxın mənfəət əldə edib

  • 07 avqust 2026, 14:38

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Fond yanvar-iyun aylarında 14,7 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,2% çoxdur.

Bu il iyulun əvvəlinə İKZF-nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 13% çox - 4 150 milyon manat, o cümlədən kredit portfeli 8,4% çox - 2 615,7 milyon manat təşkil edib.

Fondun öhdəlikləri 2 753,1 milyon manat (15,1% çox), o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 2 675,1 milyon manat (15,1% çox), balans kapitalı isə 1 396,9 milyon manat (8,9% çox), o cümlədən nizamnamə kapitalı 1153,4 milyon manat (8% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları