SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gömrükçülər bu il büdcə öhdəliyini yerinə yetirə biləcəkmi?

Gömrükçülər bu il büdcə öhdəliyini yerinə yetirə biləcəkmi?

  • 29 yanvar 2026, 17:46

2025-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyini yerinə yetirə bilməyib. 

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib. 

Məlumata görə, Komitə büdcəyə 6,37 milyard manat vəsait köçürüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2%, proqnozdan isə 3,5% azdır. 

Bununla belə, 2026-cı il üçün DGK-nın büdcə öhdəliyi 6% artırılaraq 6,86 milyard manata çatdırılıb. Görəsən, gömrükçülər bu il öhdəliyini yerinə yetirə biləcəkmi?

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları