Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays 2 gündür ki, Azərbaycanın dövlət qurumlarında görüşlər keçirib.
Yurd.Media xəbər verir ki, o, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Sahil Babayevlə görüşüb.
Bu gün isə regional direktoru baş nazir Əli Əsədov və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qəbul edib.
Görüşlərdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.