2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 16 353,5 milyon manat vəsait köçürüb.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,5% çoxdur.
Bundan başqa, ötən il Dövlət Vergi Xidmətinin xətti ilə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 11,9% artaraq 6 448,3 milyon manat, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10% artaraq 228,9 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5% artaraq 1 100 milyon manat təşkil edib.