SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dövlət qurumlarında görünməyən tərəflər aşkar olunacaq - EKSPERT

"Dövlət qurumlarında görünməyən tərəflər aşkar olunacaq" - EKSPERT

"Bir çox qurumlar tərəfindən qeyri-şəffaf davranışlar nəticə etibarilə maliyyə vəsaitlərinin doğru idarə edilməməsinə gətirib çıxarırdı".

Bunu Yurd.Media-ya iqtisadçı ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin imzaladığı “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin müşahidə sistemi ilə bütün proseslər, yəni bank hesabları izləniləcəkdir:

"Bu da görünməyən tərəflərin  aşkar olunmasına xidmət eləyəcək. Burada təkcə Maliyyə Nazirliyi deyil, eyni zamanda digər qurumlar, məsələn Mərkəzi Bankın özünün məsuliyyəti, nəzarət mexanizmi olacaq".

Həmçinin, ekspert vurğulayıb ki, büdcədən ayrılan vəsaitlərin konkret hansı məqsəd üçün ayrılması  və layihələrinin necə icra olunması prosesi diqqətdə saxlanılacaqdır:

"Şəffaflığın  təmin olunması baxımından bu məsələlər çox vacibdir.  Əgər bu mexanizm doğru tətbiq edilsə, o zaman korrupsiya riskləri kifayət qədər azalacaq. Bütün bu proseslər ölkənin maliyyə vəsaitlərinin daha düzgün idarə olunmasına xidmət etmiş olacaq. Bu isə birmənalı olaraq, ölkənin iqtisadi dayanıqlılığı üçün çox önəmlidir".

Prime Leasing