Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, qeyri-neft-qaz ixracının dinamikası yanvar-oktyabr aylarının yekununda 6,6%, yanvar-sentyabr aylarının yekununda 7,7%, yanvar-avqust aylarının yekununda 10,3%, yanvar-iyul aylarının yekununda isə 11,4% olub.