SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
DOST-un Mərkəzinin icarə haqqı aylıq 8 min manatadək artıb

DOST-un Mərkəzinin icarə haqqı aylıq 8 min manatadək artıb

  • 10 dekabr 2025, 14:11

DOST-un Mərkəzinin icarə haqqı aylıq 7800 manat artıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Rəqəmsal İnnovasiyalar Mərkəzinin yerləşdiyi inzibati binanın aylıq icarə haqqı açıqlanıb.

Belə ki, agentlik inzibati binanın icarəsi ilə bağlı Validə Rəhim Qızı ilə Vəliyeva ilə müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 5 milyon 241 min 600 manat olaraq müəyyənləşib.

Bu məbləğ 7.800 m(2) sahəyə malik binanın 28 aylıq icarə haqqını əhatə edir.

Başqa sözlə, binanın aylıq icarə haqqı 187 200 manat müəyyənləşib.

Xatırladaq ki, eyni binanın bundan əvvəlki icarə haqqı 179 400 manat olub. Bu isə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin binasının aylıq icarə haqqının 7800 manat artdığı deməkdir.

Prime Leasing
SPE Annual Caspian