2025-ci ildə Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə nəzərdə tutulandan 3,5 % az – 6,4 milyard manat vəsait köçürüb.
Yurd.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənəddə deyilir ki, ötən il idxalın faktiki dəyəri proqnozdan az olub, eləcə də əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan idxal əvvəlki illə müqayisədə azalıb.
Odur ki, Azərbaycan gömrüyü büdcə öhdəliyini proqnoza nisbətən kəsirlə icra edib.