Cəbrayılda 5 kənd üçün elektrik xətləri çəkiləcək.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azərişıq” bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, rayonun Soltanlı, Sarıcallı, Maşanlı, BöyüK Mərcanlı və Karxunlu yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik xətti çəkiləcək.
“Azərişıq” qeyd olunan işlərin icrasına 6 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.