SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda Xızı-Abşeron Külək Elektrik Stansiyasının RƏSMİ AÇILIŞI

Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının RƏSMİ AÇILIŞI

  • 08 yanvar 2026, 11:46

Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çinin Azərbaycandakı səfiri Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə salıblar.

Sonda birgə foto çəkdirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları