SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bakıda orta maaş ölkə üzrə orta göstəricini 25% üstələyir

Bakıda orta maaş ölkə üzrə orta göstəricini 25% üstələyir

  • 17 sentyabr 2025, 12:19

Bu ilin I yarısında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 375 manat təşkil edib. 

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. 

Xatırladaq ki, yanvar-iyun aylarında ölkə üzrə orta maaş 1 il əvvələ nisbətən 9,4% çox - 1 097 manat olub. Beləliklə, paytaxtda orta maaş ölkə üzrə orta göstəricini 25,35% üstələyir. 

Prime Leasing