“AzerGold” QSC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti yanvar-iyun aylarında 56,7 milyon ABŞ dolları xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,8% çoxdur.
Bu il iyulun əvvəlinə “AzerGold”un aktivləri ötən il iyulun əvvəlinə nisbətən 20,2% çox – 645,7 milyon dollar təşkil edib.
Şirkətin öhdəlikləri 100 milyon dollar (3,65% az), balans kapitalı isə 545,7 milyon dollar (25,9% çox), o cümlədən nizamnamə kapitalı 163,7 milyon manat (4,5 dəfə çox) olub.