SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“AzerGold” hesabat vermədiyinə görə 6 il cərimələnib

“AzerGold” hesabat vermədiyinə görə 6 il cərimələnib

  • 29 oktyabr 2025, 20:19

“AzerGold” QSC-yə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 6 il maliyyə sanksiyaları ilə üzləşib.

Yurd.Media xəbər verir ki, bu barədə "İqtisadiyyat.az" Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2018-ci il üzrə 2 hal üzrə ümumilikdə 80 manat, 2022-cu il üzrə 1 hal üzrə ümumilikdə 2000 manat, 2023-ci il üzrə 2 hal üzrə ümumilikdə 2040 manat, 2024-cü il üzrə 1 hal üzrə ümumilikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilib.

Əvvəlki illərdən nəticə çıxaran QSC-yə qarşı hələ ki heç bir maliyyə sanksiyası tətbiq edilməyib.

Xatırladaq ki, “AzerGold” QSC 2015-ci ildə təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. QSC-nin İdarə Heyətinin sədri və qanuni təmsilçisi Zakir İbrahimovdur. Nizamnamə kapitalı isə 278,3 milyon manat təşkil edir.

Prime Leasing
SPE Annual Caspian