SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanla ticarətə daha 9 ölkə qoşulub

Azərbaycanla ticarətə daha 9 ölkə qoşulub

  • 17 iyun 2026, 15:28

Bu ilin yanvar-may aylarında Azərbaycan 170 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 ölkə çoxdur.

5 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 0,85% az – 20,8 milyard ABŞ dolları təşkil edib.

O cümlədən son 1 ildə ixracın dəyəri 27% artaraq 14 milyard dollar, idxalın dəyəri isə 31,6% azalaraq 6,8 milyard dollar olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları