SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanın xarici ticarətində ixracın payı 68%-i keçib

Azərbaycanın xarici ticarətində ixracın payı 68%-i keçib

  • 18 may 2026, 13:41

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 68,25%-i ixracın, 31,75%-i idxalın payına düşüb.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Ötən ilin 4 ayında bu rəqəmlər müvafiq olaraq 51,9% və 48,1% təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 1 il əvvələ nisbətən 2,9% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları