SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanın strateji valyuta ehtiyatları 2 həftəyə 1 milyard dollar artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2 həftəyə 1 milyard dollar artıb

  • 04 noyabr 2025, 14:21

Azərbaycan 82,5 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına malikdir.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xatırladaq ki, baş bankir oktyabrın 22-də rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında sözügedən rəqəmin 81,5 milyard dollar olduğunu bəyan etmişdi.

Prime Leasing
SPE Annual Caspian